13 Ekim 2012 Cumartesi

Five Star Day

     Fərqli mövzulara toxunulan filmləri sevirəm.. “Five Star Day” də onlardan biri oldu. İndiyə qədər astrologiyaya aid bir filmə rast gəlməmişdim. Elə ilk dədiqədən mövzu məni cəlb etməyi bacardı və sona qədər də marağım itmədi. Film bürclərə inanmayan bir şəxsin bu sahədə çalışmaları nəticəsində böyük uğur qazanmasından bəhs edir. Və bütün maraqlı hadisələr də bu mövzu ətrafında cərəyan edir.
     Doğum   günündə   gündəlik qoroskopu   ilə   tanış    olan    əsas    qəhrəman   Jack super bir gün yaşayacağına inansa da, hər şey əksinə olur.. Həmin gün həm işindən ayrılır, həm də sevdiyi qızın xəyanəti ilə üzləşir. Bərbad bir doğum günü keçirən Jack'in məzun olmaq üçün yeganə şansı astrologiyaya aid bir təqdimat hazırlamaq olur.. Belə ki, astroloji nəzəriyyəni çökdürmək istəyən bu gənc doğulduğu şəhərə Chikagoya gəlir və onunla eyni tarixdə eyni xəstəxanada doğulmuş 3 insanı axtarıb tapır. Onları tapması düşündüyü kimi asan olmasa da, nəticə gözlədiyi kimi olur – hər üç şəxsdən ad günlərini nece keçirdikləri barədə məlumat ala bilir.
     6 fevral 1982-ci ildə eyni xəstəxanada bir neçə dəqiqə fərqlə doğulan 4 insan.. Ayrı dünualar, ayrı
həyatlar.. Tək ortaq nöqtə bərbad keçən doğum günü.. İlk hədəf Sarah adlı qadın olur.. Narkotik maddə istifadəçisi ərindən uzaq yeganə qızını böyütməyə çalışan bir ana. Jackin onunla tanışlığı qəribə olsa da, tez bir zamanda səmimiyyət yarada bilir. Ailədəki şəraiti yoxlamaq üçün göndərilən sosial xidmətlərdən bir nümayəndənin narkoman ata ilə evdə qarşılaşması və atanın Sarah'ın nənəsindən yadigar qalan sepi oğraması ilə keçən bir ad günü yaşandığını öyrənir. İkinci şəxs xəstəxanada çalışan bir tibb bacısıdır. O da həyatının bu özəl gününü bilmədən velosiped sürən kiçik bir uşağı vurması ilə xatırlayır. Son axtarış hədəfi isə barda çalışan yenicə albom çıxarmış bir jazz sənətçisidir. Zəncirin son halqası da pozulmur, o da doğum gününü çarəsiz xəstəliyinin olduğunu öyrənərək başa vurmuşdur. Jack hər üç şəxsdən məlumat alaraq geri qayıdarkən təqdimatını artıq hazırlamış olur.. Və ona verilən son şansı uğurla dəyərləndirib məzun olur..
     Sonda bütün bu hadisələr cərəyan edərkən artıq qəhramanın öz həyatına bir istiqamət verdiyinin də şahidi oluruq.. Beləliklə astroloji nəzəriyyəyə qarşı çıxmaq üçün səyahətə başlayan Jack sevgi, bəxt, tale haqqında daha çətin suallarına cavab tapmış olur..
     Fərqli həyatlar, eyni təvəllüd və hər biri üçün bərbad keçən doğum günü.. Filmin mənim üçün ifadə etdiklərini maraqlı, fərqli, dinamik, düşündürücü, həyəcanlı olaraq qeyd edə bilərəm.. Şablon mövzulardan uzaq, hər kəs üçün maraqlı ola biləcək bir mövzunu izləyicilərə uğurlu layihə kimi təqdim etmək təqdirəlayiqdir..
Sonda filmdə ən çox bəyəndiyim fikir:
  • Whether you believe in chance, free will, or destiny sometimes when you look into another person’s eyes you just know. It’s all in the stars. ----- Neden bu kadar insan astrolojiye inanıyor, Belki de sebep kaderlerine ellerine alma sorumluluğundan korkmalarıdır.. Neye inanırsanız inanın, özgür irade, kader ya da yazgı.. Bazen birinin gözlerine baktığınızda hemen anlarsınız her şey yıldızlardadır..
Bütün bu detalları ilə "Five Star Day" məndən asanlıqla 5 bal alır.

13.10.2012     /     4.03 p.m.

Hiç yorum yok: