2013-cü
ilin son Elxan Elatlı kitabını da beləcə bitirdim. İlin final seçimi yenidən detektiv bir əsər - “İtmiş
Qızın Axtarışı” oldu. Həcmcə kiçik olsa
da çox şey ifadə edir sevilən yazarın bu əsəri də. Kitab 2 hekayə və bir
povestdən ibarətdir. Detektiv yazıçının qələminin izinin hər səhifədən
duyulduğu bu əsər vaxtınızı dəyərli keçirmək, həm mütaliə edib, həm də düşünmək
üçün uğurlu seçimdir.
Kitabın daxilindəkilərdən qısaca bəhs edim sizlərə. “Uşaq
Oğruları” adlı hekayəsində sevimlimiz Qara Xəfiyyə oğurlanan qızı uğurla
reallaşdırdığı plan sayəsində tapır, “Faktlar Onun Əleyhinədir” hekayəsində isə
kənddə baş verən qüsursuz şəkildə qurulan cinayətin sirli pərdəsini aralayaraq
ümidini itirmiş günahsız insanlara kömək olur. Kitabda daha çox bəyəndiyim hissə
isə adının götürüldüyü “İtmiş Qızın Axtarışı” povesti oldu. Burada da yenə
Qanbay Qasımlının səbrlə, təmkinlə qurduğu plan sayəsində bütün acı gerçəklərin
üstü açılır və məxfi iş hər zaman olduğu kimi məşhur xəfiyyənin qələbəsi ilə
bitir.
Digər 2 hekayə adi hadisələrdən bəhs etsə də, povest mürəkkəbliyi ilə, fərqliliyi ilə seçilərək zövqümə daha çox uyğun oldu. Ağlıma gətirməyəcəyim bir sonluqla bitən əsər qarışıq duyğular yaratdı məndə. Həyatda əgər ən yaxın hesab etdiklərimizə belə güvənə bilməyəcəksək, necə başa vura bilərik bu yaşamı? İnsan ən sevdiyinə belə bir pisliyi edərkən vicdanı nə qədər səssiz qala bilər?

“İtmiş Qızın Axtarışı” sona qədər intizarda
saxlayan mövzusu, maraqlı hekayələri ilə bəyəndiyim detektiv kitablar sırasında
öz yerini tutdu. Ancaq məni digər Elxan Elatlı əsərləri kimi heyran edə bilmədiyi
üçün sadəcə 3 bal aldı.
Hiç yorum yok:
Yorum Gönder