Son zamanlar kitab oxumaqda yavaşlasam
da, film izləmə sürətim olduğu kimi qalıb. :) Bu dəfəki seçimim “Anlat
İstanbul” adlı türk filmi oldu. Bu seçimimdə rol oynayan başlıca amil filmin
güclü aktyor heyəti oldu. Ancaq gözlədiyimi tapa bilmədim desəm yerində olar.
Bu qədər usta isimlərə rəğmən film müsbət rəyimi qazana bilmədi. Həm mövzu, həm
də çəkiliş baxımında sönük bir layihə təsiri bağışladı mənə.
İlk
olaraq filmin mövzusundan bəhs edim, sonra diqqətimi çəkən məqamlara toxunaram.
“Anlat İstanbul” ilk dəfə izləyici
qarşısına 2005-ci il martın 11i çıxıb. Araşdırdığım zaman filmi mənim kimi bəyənməyənlər
olsa da, sevənlərin daha çox olduğunu müşahidə etdim. Hətta bir neçə mükafata
belə layiq görülməsi təəccübümə səbəb oldu. İstanbul Film Festivalında “En İyi
Film” mükafatını əldə edən “Anlat İstanbul”, həmçinin iki dəfə “En İyi Kadın
Oyuncu” və “Umutveren Erkek Oyuncu” mükafatlarını da alıb.
Film 5
rejissorun birgə fəaliyyəti əsasında çəkilib. 5 fərqli nağılı bu qədim şəhərə
daşıyan 5 fərqli rejissor... Əslində idaya maraqlıdır, sadəcə əməkdaşlıq zəif
olub deyə düşünürəm. Masallara uzaq biri kimi
filmdə təkcə bir obrazdan başqa heç kimi nağıl qəhrəmanına bənzədə bilmədim.
:)) Bu layihədə eyni zamanda 5 həyat
hekayəsi cərəyan edir və ortaq obrazlarla bir-biri ilə əlaqələnir.
İstifadə olunan nağıllar - Fareli Köyün
Kavalcısı (Pied Piper), Pamuk Prenses (Snow White), Külkedisi (Cinderella),
Uyuyan Güzel (Sleeping Beauty), Kırmızı Başlıklı Kız (Little Red Riding Hood
(Little Red Cap) - sayəsində filmdə qədimi, nağıllara xas sehrli atmosfer
yaratmaq istənilib, eyni zamanda obrazlar bir qədər müasirləşdirilərək, dəyişikliyə
məruz qalaraq indiki İstanbulun sakinlərinə bənzədilib.
O məsumluğun duyulduğu masallar xəyanət
, ehtiras, yalan, riyakarlıq, qorxu, şübhə, təhdid, qəddarlıq dolu həyat hekayələrinə
çevrilib. Hər nağıl ayrı bir rejissorun təqdimatında çıxır qarşımıza və bəzi
obrazlar vasitəsilə bir-birinə bağlanır. İstanbulun fərqli məkanlarında lentə
alınan və 99 dəqiqə davam edən “Anlat İstanbul” daha çox məşhur oyuncu heyəti
ilə diqqəti cəlb edir. Altan Erkekli, Erkan Can, Çetin Tekindor, Fikret Kuşkan,
Mehmet Günsür, Nejat İşler, Ahmet Mümtaz Taylan, Nürgül Yeşilçay, İsmail
Hacıoğlu, Özgü Namal... İzləyərkən bu cür isimlərin necə belə bəsit filmdə
oynamağa razılıq verdiyini düşünürdüm. Bəlkə də bu 5’lik layihəsinə dəstək
olmaq istəyiblər. Bu ustaların güclü filmlərdə, seriallarda rol aldığına şahid
olan hər kəs onları bu sönük filmə yaraşdırmaz haqlı olaraq. İzləyərkən ən çox
duyğulandığım Nejat İşlerin səhnələri oldu. Həqiqətən bu aktyor üçün, onun səsi,
mimikaları, rola özündən bir şeylər qatması üçün darıxdığımı hiss etdim. 9
yaşlı bu film sanki bu usta isimlərin illər ərzində necə dəyişdiyini də göstərir
izləyicilərə.
İstanbulu gözlərimiz qarşısında hər detalı
ilə - sabahı, gecəsi, insanları ilə açan filmi bu cəhətdən bəyənsəm də,
yarımçıq qalan hekayələri, sönük səhnələri, bəzi aktyorlarının zəifliyi filmə
uyğunlaşa bilməyimə mane oldu. Film əlaqəli 5 nağıldan ibarət layihə kimi təqdim
olunsa da, mənə əlaqələndirilməyə çalışılan 5 yarımçıq ideya təsiri bağışladı.
7 cücədən biri olmasaydı mən nağıllarla heç bir bağlılıq olduğunu düşünməzdim
belə. :) Azra Akının zəif oyunculuğu isə tam bir xəyal qırıqlığı oldu.
Rəğbətimi qazanan detallara geldikdə
İstanbulun açıq sərgilənməsi ilə yanaşı son nağılın dünyaya gözlərini açmadan
canına qıyılmış bir uşağın dilindən danışılması olduğunu qeyd edə bilərəm.
Ananın övladı hər an yanındaymış kimi davranması həqiqətən təqdirəlayiq ideyalardan
biri idi. Nejat
İşlərə isə rolunun heç yaraşmadığını vurğulamalıyam. Onu həmişə təmizqəlbli,
sevgidolu, ağır xarakterli bir obraz kimi görməyə öyrəşmişəm. Ancaq bu obrazın
da öhdəsindən müvəffəqiyyətlə gəldiyini fəxrlə etiraf etməliyəm.
Filmin sonu isə əksər türk filmlərinə xas
olaraq nəticəsiz quru şəkildə çəkilib. “Anlat İstanbul” mükafatlarına, izləyənlərin
tərif dolu rəylərinə rəğmən mənim sevmədiyim filmlərdən biri oldu və sadəcə 2
bal aldı.
25.03.2014 /
07:37 p.m.
Hiç yorum yok:
Yorum Gönder