Elxan Elatlının hadisələri qarışıq hala salmaq, onları “Qanbay Qasımlı və Ələmdar”ın
əli ilə açmaq bacarığına heyranam.. Artıq bir neçə kitabı ilə tanış olduğum
üçün yeni birinə başladığım zaman məni fərqli bir macəranın gözlədiyindən əmin
oluram. Bu müəllifin hər kitabından ilk bölməni oxuduqdan sonra kitabı vərəqləyib bir hadisəni nə qədər geniş şəkildə təsvir etdiyinə baxdıqca və müxtəlif hadisələrlə əlaqələndirib sadə şəkildə anlatdığını gördükcə.ləzzət alıram. Səhifələr
bir-birini əvəz edərkən məni nələrin gözləyə biləcəyini beynimdə canlandırmağa
başlayıram, bitirdiyim zaman isə necə də sadə düşünürmüşəm deyə təəssüflənirəm.. Həqiqətən bu istedadlı yazıçı məxfi işin izahını
əvvəlcədən ağla gəlməyəcək şəkildə qurub təsvir etməyə qadirdi. Detektiv əsər
yazmaq daha böyük məsuliyyət tələb edir deyə düşünürəm. Hər şeyi elə qurmaq
lazımdır ki, oxucu darıxmadan, həvəslə, həyəcanla addım-addım sona yaxınlaşsın.
Elxan Elatlı da bu işin öhdəsindən ustalıqla gəlir.
“Xəyanət”
də oxuduğum Elxan Elatlı kitabları arasında öz yerini aldı. Əsərin
ilk səhifələrindən özümü qarmaqarışıq bir dünyanın içində tapdım.. Qəhrəmanımız
“Qara Xəfiyyə” kimi qarışıq işləri xoşlasam da, təəssüf ki, onun qədər
bacarıqlı deyiləm bu məsələlərdə :)
Müəllif əsər üçün ideal ad seçib deyə düşünürəm. Bu kitabda hər addımda xəyanətlə üzləşirik.. Mövzu tamamilə dövrümüz üçün aktualdır. Kitabı oxuduqca həyatda Tanrıdan başqa kimsəyə bütün qəlbimizlə güvənməyin düzgün olmadığını anlayırıq.
Müəllif əsər üçün ideal ad seçib deyə düşünürəm. Bu kitabda hər addımda xəyanətlə üzləşirik.. Mövzu tamamilə dövrümüz üçün aktualdır. Kitabı oxuduqca həyatda Tanrıdan başqa kimsəyə bütün qəlbimizlə güvənməyin düzgün olmadığını anlayırıq.
Elxan
Elatlı əsərlərinə xas mükəmməllik bu əsərdə də nəzərə çarpsa belə bəzi nüanslara
görə “Xəyanət” digərlərindən geri qaldı mənim üçün.. Xüsusilə bütün
xəyanətlərin aşkar olduğu halda Asəfin xəyanətinin üstünün açılmaması
bəyənmədiyim detallardan biri oldu.. Qanbay Qasımlının öhdəliyində olan vəzifə ilə tam
əlaqəli olmadığı üçün bu xəyanətin qaranlıq qaldığını düşünürəm. Bəlkə də yazıçı əsərin əsas xəttini təşkil edən məxfi işlə sırf bağlı olmadığı üçün bu yalanın aşkarlanmasını əhəmiyyətli saymayıb.
Yeni
kitabları ilə tanış olduqca Elxan Elatlıya daha çox heyran qalıram.. Onun
əsərlərində gözdən qaçan kiçik detalların yavaş-yavaş aşkarlanmasını çox
sevirəm.. Əsərlə tanış olduqca hər oxucu məkanı, qəhrəmanları, hadisələri
təsəvvüründə fərqli canlandırır. Əsər hər dəfə oxunduqca yenidən həyata gəlir,
oxucu fərqində olmadan yeni bir film çəkmiş olur. Bu müəllifin ən bəyəndiyim
cəhətlərindən biri də təsvirləri xırda detallarına qədər dəqiqliklə
verməsidir.. Oxuyarkən bütün səhnələr gözlərimiz qarşısında asanlıqla canlanmış
olur..
Sonda "Xəyanət" haqqında unudulmaz, çox təsirli bir əsər deyə bilməsəm də, məşhur detektiv müəllifin maraqlı kitablarından biri olduğunu qeyd etməliyəm.. Digər əsərlərlə müqayisədə mənə zəif təsir bağışladığı üçün sadəcə 3 balla qiymətləndirirəm..
Müəllifin yaradıcılığını yaxından izləmək, ən son xəbərlərlə tanış olmaq istəyirsinizsə, səhifəyə buyurun -----> Elxan Elatlı
Hiç yorum yok:
Yorum Gönder