Ahmed Günbay Yıldız'la tanışlığım “Seni unutmaya gücüm
yetmedi” kitabı vasitəsilə oldu. Sonra isə “Hülyalar hüzün açtı” ilə davam
etdi.. İlk iki roman sadəliyi, axıcılığı ilə tez bir zamanda bitirdiyim
kitablar sırasında yerini aldı. “Hayata dair notlar” isə adından da məlum olduğu kimi roman
olmadığı üçün qısa müddətə bitmədi.. Amma yazıçının o qədər dəyərli fikirləri
ilə qarşılaşdım ki, bu müddətə dəydi.
Bu əsəri ilə Ahmed Günbay'ı daha yaxşı tanımaq mümkündür.
Həyata, dinə, ailəyə, sevgiyə baxışı burada nəsihətlər şəklində öz əksini
tapır. İnsanın doğulduğu andan etibarən həyata münasibəti, duyğuları, atdığı
addımları çox gözəl şəkildə izah olunub. Ən bəyəndiyim nüanslardan biri
yazıçının bütün ideyaları din çərçivəsində irəli sürməsi oldu. Kitabın
başlıqları altında yazıçının bir-birindən dəyərli düşüncələri ilə tanış oluruq.
İstər dinə, istər sevgiyə, ailəyə, gəncliyə, istərsə də ədəbiyyata dair
fikirləri bəyənməmək mümkün deyil. Müəllifin də ifadə etdiyi kimi o, yazmaqdan
hirsini tıkmək üçün deyil, illərlə yaşayacaq bir əsər yaratmaq üçün, qəlbinin
dərinliklərində yatan duyğuları paylaşmaq üçün istifadə edib. Elə bu səbəbdən
də onun əsərləri minlərlə oxuyucunun sevimli kitabları sırasında önəmli yerini
qoruyur.
Əminəm ki, bu kitabı oxuyan hər kəs özünə aid nə isə tapacaq
onda. Bitirdikdən sonra həyata baxışınız dəyişir. Oxuduqlarınız səhvlərinizi,
zəifliklərinizi üzünüzə vuracaq və onları düzəltməyə istiqamətləndirəcək
sizləri. Müəllif sadə dillə, dərin fikirləri ilə həyatın öz əlimizdə olduğunu
anlatmağa çalışır. Yalnızca doğru yola – O’na yönəlməklə irəliyə gedə, bizə verilən
müddəti düzgün qiymətləndirə və hər şeyi öncədən mühakimə edərək uğurlu
nəticələr əldə edə bilərik. Bu
kitab sətirlər arasında gizlənən önəmli fikirləri tapıb həyatına əlavə edən hər
kəs üçün bir xəzinə mahiyyəti daşıyır. Oxuduqca həyatınızla, daxilinizlə
muqayisələr edin, sonda kitabın sizə nələr qatdığını anlayacaqsınız..
“Hayata
dair notlar” sadə dili, axıcılığı, maraqlı fikirlərlə zənginliyinə görə
bəyəndiyim bir kitab olsa da, ancaq oxuyarkən güclü təsir bağışlamadığı üçün məndən
sadəcə 3 bal aldı..
Və
sonda kitabdan bəyəndiyim bəzi fikirlər:
- An gelir sükut, hayatta kurulmuş en güçlü cümle olur.
- Gecenin en karanlık anı sabahın ilk muştusudur aynı zamanda.
- Tıpkı bir hazine avcısı gibi sabırlı, titiz, azimli olmalısın.. Bununla beraber hazinenin kendi içinde saklı olduğunu unutmayacaksın.
- Hayat kendine karşı zayıf kalanlar için bir kabustan ibarettir.
- Sürekli hayallerinin peşinde koşanlar gerçeklerle yüzleşemezler hiç bir zaman.
- Hataları, sadece af dilemekle, hiç yaşanmamış hale getirebileceğiniz zannı bile hataların en büyüyüğüdür.
- Arzuların acı çekmeye yara almaya tahammülü yoktur. Temayülleri doğrultusunda zahmetsiz yaşamak isterler sadece.
29.07.2012
Hiç yorum yok:
Yorum Gönder