“Sen git aşk bana kalsın” kitabında da müəllifin bütün bu özəlliklərinin şahidi oluruq. Bu kitabı musiqi sədalarının müşayiəti ilə oxumağı məsləhət görərdim hər kəsə. Həzin bir musiqi, gecənin sakitliyi və ürəyin dərinliklərindən axıb gələrək oxuyucunun qəlbinə asanlıqla yol tapan sevda sözləri... “Sen git aşk bana kalsın” heç bir zaman aşiq olmayan, sevgini dadmayan birinə belə güclü təsirə malik bir kitabdır. Müəllifin də dediyi kimi, sevgi asan iş deyil, özünə, işinə zaman ayırdığın kimi onun üçün də vaxt sərf etməlisən. Bunu bacaraqsansa nağıllara bənzər bir eşq yaşayacaqsan, əks təqdirdə, yalnızlığa məhkumsan. “Aşk doktoru” həqiqətən bir həkim kimi qayğı ilə yanaşır “xəstələr”inə, onların problemlərini dinləyərək məsləhətlər verir.
Kitabı bağladığım zaman sevgi, ayrılıq, tərərddüd, özləm, həsrət ancaq bu qədər gözəl izah oluna bilər
dedim. Oxuduqca səhifələrinin azalmasına üzüldüyüm kitablardan biri oldu “Sen git aşk bana kalsın”. Mehmet Coşkundenizin yaradıcılığı ilə ciddi şəkildə ilk olaraq bu kitab vasitəsilə tanış oldum. Bu dəyərli insana heyranlığım daha da artdı. Elə kitabın adından oxucunu necə səmimi yazıların gözlədiyi məlum olur.. Sen git aşk bana kalsın.. Sevgini bu qədər gözəl bilən birinin həyatına bu duyğunu yalnızca onun qədər dəyərli hesab edən biri daxil ola bilərdi ancaq. Belə olduğuna da əminəm.
14.08.2012 / 2:35 a.m.

Son olaraq kitabdan ən bəyəndiyim fikirləri yazmaq istəyərdim amma bütün kitabı yazmaq qeyri-mümkündür.. Bu kiçik hissə çox güman ki, sizi kitabda nələrin gözlədiyini anladacaq:
- Sizin de eliniz ayağınız birbirine dolanmaz mı âşık
14.08.2012 / 2:35 a.m.
Hiç yorum yok:
Yorum Gönder