Facebook
səhifəmin dəyərli üzvlərindən biri olan Pərviz Arif’in imzalı hədiyyəsi olan bu
kitabın, yəqin ki, poeziya vurğunu bir insan üçün nə demək olduğunu anlamaq çətin
deyil. Mənim üçün bu ilin ən gözəl sürprizlərindən biri oldu deyə bilərəm.
Zövq
alaraq oxuduğum, müəllifin istedadına dönə-dönə heyran qaldığım bir kitab oldu
“Buna da şükür”. Azərbaycan ədəbiyyatının təməl daşlarından olan poeziyanı
sevən hər kəsə şiddətlə oxumağı tövsiyyə edirəm..
Bəzən həyatımızda baş verən hər şeydən uzaqlaşmaq istəyirik. Sadəcə özümüz ilə tənha
qalmaq, bizi təsəlli etməyə çalışan, məsləhətlər verən hər kəsdən uzaqlaşıb
yalnızca qəlbimizin səsinə qulaq verməyə çalışırıq.. Bu situasiyada bizi rahatladacaq tək şey isti bir fincan qəhvə, həzin musiqi sədaları və səmimi bir
dost-kitab olur.. Və bu zaman “Buna da şükür” seçilə biləcək ən uğurlu
variantlardan biridir.. Oxumaq, musiqinin ritmi və şeirlərin ahənginə qapılıb
düşünmək, yaşadığımız o andan zövq almaq..
Hər
kəsin zövqünə uyğun şəkildə heca, əruz və sərbəst vəzndə şeirləri ehtiva edən
bu kitab sizin sadiq dostunuza çevriləcək. Səmimi duyğuların əksi, sevginin,
sədaqətin, ölümün, kədərin ifadəsi, sevgilinin şeirin çalarlarına uyğun təsviri
sizi özünə asanlıqla bağlayacaq. Heca vəznində olan şeirlərin qafiyələri, əruz
vəznindəki nümunələrin ahəngi, sərbəst şeirlərin isə rəngarəngliyi şeir sevməyən
birini belə valeh edəcək gücə sahibdir. Hər kəsin özündən bir şeylər tapa
biləcəyi bir kitabdır “Buna da şükür”.
Kitabda
mənə təsir edən, zövq alaraq oxuduğum şeir parçaları çox olsa da, onlardan sadəcə
bəzi misraları qeyd edirəm:
Mavi
dəniz idi röyalarında
Üzərdi
məhəbbət dəryalarında,
O,
həmin dənizin dalğalarında
Mənsə
göz yaşımda boğuldum bu gün.
***
Qəlbin
ağlayırsa, ağlamaq gərək
Bəlkə
bu ayrılıq qəlbinə yükdür?!
Səndə
göz ağlayır, məndəsə ürək
Səncə
hansımızın dərdi böyükdür?!
***
Qorxuram
qələmi ələ götürüm.
Mən
sənin qayğını, nəzakətini
Axı
bir kağıza necə köçürüm?!
***
Bu
şeiri gizli yazıram çünki,
Kimisə
çaşdırar sirli sözlərim.
Əlimə
əlcəyi geyinmişəm ki,
Qələmdə
qalmasın barmaq izlərim...
***
Sən
bəlkə mələksən bu qədər göylə gedirsən?
Addımlarının
zərrə görünmür izi yolda.
***
Mən
səni unutmaq istəsəm belə
Yuxular
kəsilib mənimçün qənim,
Yoxsa
yuxular da dostlarım kimi
Sadəcə
təsəlli yerimdir mənim?!
Kitabda "Bu gün", "Hava-su", "Qara əlcək", "Gülürük", "Səni Mən", "Lazım", "Xatirələr", "Sənin Yoxluğun", "Yenə səndən danışacam", "Səni Fikirləşirəm", "Yuxu" kimi şeirlər daha çox zövqümü oxşadı.. Bu
şeirlərin ahənginə qapılmaq istəyirsinizsə kitabı əldə etməyə tələsin..
Pərviz Arifin şeirləri ilə yaxından tanış olmaq istəyənlər, bu səhifəyə göz gəzdirə bilərsiniz ;) -----> Pərviz Arifin Şeirləri
Pərviz Arifin şeirləri ilə yaxından tanış olmaq istəyənlər, bu səhifəyə göz gəzdirə bilərsiniz ;) -----> Pərviz Arifin Şeirləri
Şeir
vurğunu olan hər bir insanın arxivində olmağa layiq bu kitab məndən 5 bal
aldı..
Hiç yorum yok:
Yorum Gönder