İlk əvvəl onu qeyd edim ki, dağların qoynunda yerləşdiyindən bu istirahət mərkəzinə gedilən
yollar sürücülərə bir qədər çətinlik törədir. Həyəcanlı yolculuqdan sonra nəhayət tətilimin ən gözəl günləri başladı.
Şəhər elə avtobusdan seyr edərkən belə məni cəlb etməyi bacardı. Yamyaşıl ağacları, tərtəmiz havası, gözoxşayan mənzərəsi ilə hər kəsi məftun edən məkan – İsmayıllı. Yol boyu İsmayıllıda istirahət üçün bir çox gözəl mərkəzlərin olduğunu gördüm. Ancaq “Şahbulaq” istirahət mərkəzində olduğum üçün sadəcə bu yer haqqında geniş məlumat verəcəyəm sizlərə.
Şəhər elə avtobusdan seyr edərkən belə məni cəlb etməyi bacardı. Yamyaşıl ağacları, tərtəmiz havası, gözoxşayan mənzərəsi ilə hər kəsi məftun edən məkan – İsmayıllı. Yol boyu İsmayıllıda istirahət üçün bir çox gözəl mərkəzlərin olduğunu gördüm. Ancaq “Şahbulaq” istirahət mərkəzində olduğum üçün sadəcə bu yer haqqında geniş məlumat verəcəyəm sizlərə.
“Şahbulaq” dağların qoynunda yerləşən, sakit, huzur dolu,
istirahətə gələnlər üçün hər cür şəraitə malik gözəl bir məkandır. Hər tərəfi
yaşıl ağaçlarla əhatələnmiş kiçik koteclər, açıq havada yeyilən yeməklər, dağların
yaratdığı rəsm tablosunu xatırladan gözoxşayan mənzərə bu istirahət mərkəzinin əsasını
təşkil edir. “Şahbulaq”ın daha bir üstünlüyü isə burada Azəbaycanın digər səfalı yerlərinə
turların təşkil olunmasıdır. İstirahətim ərzində Qəbələ, Lahıc, İvanovkanı da
görmək şansı əldə etdim turlar sayəsində. Bu gözəl istirahət məkanı gülərüz, səmimi
personalı ilə də məndən yüksək bal aldı.
Qəbələdə göl kənarında çay keyfi, Qəbəland əyləncə mərkəzində
maraqlı atraksionlar, Lahıcda tarixiliyin izlərini duymaq, bu kəndin səmimi insanları
ilə tanışlıq, məscidə ziyarət və muzeydə tarixə aid maraqlı faktlar öyrənmək,
İvanovkada göl mənzərəli məkanda kollektiv çay qonaqlığı və sakit, təmiz küçələrdə
gəzinti mənim üçün unudulmaz məqamlardan oldu. Doğma İçəriçəhərə bənzəyən
daşlı-qayalı küçələri, tarixilik qoxulu atmosferi ilə Lahıc daha çox zövqümcə
oldu. Bu məkanları yalnızca gəzib əylənməklə kifayətlənmədim. Eyni zamanda çox
maraqlı məlumatlar da öyrəndim. “Ögey Ana” filmində yer alan məkanlardan biri
– sıldırım qayalı dağları birləşdirən, öz gözəlliyini indiyə qədər qoruyub
saxlayan körpünün İsmayıllıda olduğunu bilirdinizmi? Buyurun virtual olaraq
körpüdən keçə bilərsiniz. Elə mən özüm də belə keçmişəm.. :)))
Sonda həvəslə başladığım tətilimi bu gözəl məkandan ayrılmaq
istəməyərək bitirdim. Siz də bütün problemlərinizdən, gündəlik qayğılarınızdan
uzaqlaşıb təbiət qoynunda bir neçə gün keçirmək, yay tətilinizə rəng qatmaq,
bir-birindən gözəl məkanlarla tanış olmaq, şəkil arxivinizi genişləndirmək, günəşin
qızmar şüalarından uzaqlaşıb sərin təbiətin qoynunda gizlənmək istəyirsinizsə,
İsmayıllı – “Şahbulaq” istirahət mərkəzi sizin üçün əvəzolunmaz ünvandır. Mütləq
növbəti tətilinizdə oraya baş çəkin, mənə haqq qazandıracağınızdan əminəm. Bu da mənim gözümdən İsmayıllı :D Hələlik.....
30.08.2013 / 07:35 p.m.
Hiç yorum yok:
Yorum Gönder