31 Aralık 2013 Salı

The Best of My World *2013*


Ən bəyəndiyim albomlar:
















Ən bəyəndiyim kliplər: 
  • Sertab Erener - İyileşiyorum
  • Gökhan Özen - Budala 
  • Yaşar - Unutamıyorum
  • Emre Aydın - Eyvah
  • Gripin - Bir Cevabın Var mı?
  • Gökhan Özen - Ne Farkeder
  • Mirkelam - Kırık Gitarlarla
  • Mehmet Erdem - Haydi Gel Gidelim
  • Gökhan Özen - İki Yeni Yabancı
  • Soner Sarıkabadayı - Kutsal Toprak
 


Ən çox dinlədiyim mahnılar:

30 Aralık 2013 Pazartesi

Kenan Doğulu Konseri 07.12.2013

07.12.2013

İlin ən unudulmaz günlərindən birinə çevrildi Kenan Doğulu sayəsində. Artıq 2 ildən bir qədər keçmişdi ki, bu möhtəşəm səsi canlı eşitmirdim.  Kenan Doğulu'nu hər zaman dinləsəm də, ona sevgimin ilk konsertinə getdiyim zaman daha da artdığını etiraf etməliyəm. Sənətinə vurğunluğu ilə, getdiyi hər ölkədə izləyiciləri heyran etmək bacarığı ilə, mahnılarına canlı ifa zamanı qatdığı əvəzsiz incəliklərlə, sevənlərinə qarşı səmimi münasibəti ilə bir çox müğənnilərdən seçilir. Elə bütün bu xüsusiyyətlərinə görə Kenan Doğulu nə zaman şəhərimiz qonağı olursa, konsert zalı fanatları ilə dolub-daşır. Bu dəfə də ənənə davam edirdi. Heydər Əliyev adına saray bu özəl səsi sevən izləyicilərlə tamamilə dolmuşdu.
        Qeyd edim ki, Kenan Doğulu Bakımızın qonağı olacağını eşitdiyim zaman biletini almağa tərəddüd etmədiyim ifaçılardan biridir. Professional qrupla işlərini davam etdirən Kenan konsert cədvəlini dəqiqliklə əvvəlcədən planlaşdırdığı üçün bizim bəzi yalan konsert reklamlarına baxmayaraq  onun konsertinə bileti ürəklə almaq olar. :)  Dəqiqləşdirmək məqsədilə isə onu sosial mediadan izləyib haqqındakı son məlumatları əldə edə bilərsiniz.
  • https://www.facebook.com/kenandogulu?fref=ts
  • https://twitter.com/kenandogulu
  • https://www.youtube.com/channel/UCCur7RVrsHtfd576KhgJbNQ
  • https://plus.google.com/u/0/+kenandogulu/posts
  • http://instagram.com/kenandogulu
        İndi isə keçək o möhtəşəm konsert gününə. Yorucu iş günümün ardından istirahət edib, vaxtımı əyləncəli keçirmək üçün bu konsertdən uğurlu variant ola bilməzdi.
        2013-ün sayılı gözəl günlərindən biri desəm dəqiq ifadə etmiş olaram 7 dekabrı. Konsert qeyd edildiyi vaxtdan bir qədər gec başlasa da, az sonra bizi nələrin gözlədiyini təxmin etdiyimiz üçün gözləməyə dəyərdi. Və nəhayət hər kəsin dörd gözlə gözlədiyi an... Kenan səhnədə göründüyü zaman alqışlar zalı bürüdü. Konsertin sonunadək alqış səslərinin susmaması hər kəsin bu mükəmməl konsert barədə mənimlə eyni fikirdə olduğunu göstərir. ;)
       Kenan Doğulu o əvəzsiz səsi, möhtəşəm mahnıları, professional səhnə performansı, istedadlı musiqi qrupu ilə tamaşaçılara bir daha sevdirdi özünü. Səmimiliyin, istiliyin, sevginin ən son sıradan belə asanlıqla hiss olunduğu gözəl bir konsert oldu. Bol mahnılı, imzalı, şəkilli, əyləncə dolu, unudulmaz saatlar yaşadıq Kenan Doğulu sayəsində. Onun Şeytan tüyü, Aşk oyunu, Aşk kokusu, Ara beni lütfen, Kalp kalbe karşı, Baş harfi ben, Pamuk, Güzeller içinden, Ben güzelden anlarım, Çakkıdı, Aşka türlü şeyler, Bal gibi, Doktor, Şans meleğim, Rüzgar, Kandırdım, Yaparım bilirsin, Bunlar da geçer, Tutamıyorum zamanı, Kız sana hayran, Hiç bana sordun mu? və Sorma mahnılarını bir də canlı-canlı dinləmək həqiqətən özəl idi. Səsin, sənətin, əməyin, eşqin, bağlılığın hər anında duyulduğu bu konsertin uzun müddət yaddaşımdan silinməyəcəyinə əminəm.
         Sonda onu da qeyd edim ki, bu möhtəşəm konsert üçün yerli kanallarımızdan birində hazırlanan xəbər həqiqətən utancverici idi. “Kenan Doğulu Azərbaycan izləyicisini yola verdi.” fikri ilə tamamlanan xəbər sadəcə konserte gedə bilməyənlər üçün təsəlli ola bilərdi. Ancaq düşünürəm ki, musiqidən anlamayan, yalnızca bizim “star”larımızın konsertlərini bəyənənlərin hazırladığı xəbər videosu bundan artıq ola bilməzdi təəssüf ki. Bu mənasız xəbər uzağı bir həftəyə unudulacaq, amma konsertdə iştirak edənlər o zövqlü saatları, o musiqi ziyafətini çətin ki unutsun.
        Və unudulmaz konsert macəram belə bitdi. İnşallah tezləklə yeni bir konsert proqramı ilə qonağımız olar bu mükəmməl səs.

30.12.2013     /     9.55 p.m.